23 C
Baku
Friday, April 26, 2024

İstanbul şəhər Baş Prokuroru Bakıda rəsmi səfərdədir

Türkiyə Respublikası İstanbul şəhər Baş Prokuroru Şaban Yılmazın rəhbərlik etdiyi nümayəndə heyəti 23 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyevin dəvəti ilə Bakıya rəsmi səfərə gəlib.

Banker.az bu barədə Baş Prokurorluğa istinadən xəbər verir.

İlk öncə nümayəndə heyəti Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib. Həmçinin, Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olmuş şəhid türk əsgərlərinin xatirəsinə ucaldılmış “Türk şəhidliyi” abidəsi ziyarət edilib.

Daha sonra Azərbaycan Respublikasının Baş Prokurorluğunda ikitərəfli görüş keçirilib.

Səfər çərçivəsində, heyət, paytaxtın Binəqədi rayonu, Dərnəgül yaşayış sahəsində yerləşən Azərbaycan Respublikası Baş Prokurorluğunun yeni inzibati bina kompleksində olmuş, prokurorluq əməkdaşları üçün yaradılmış iş şəraiti, Vətən müharibəsinə həsr olunmuş tarixi-memorial qalereya, tədris auditoriyaları və iclas zalları, kitabxana, kriminalistika və istintaq otaqları ilə tanış olublar.
Qeyd edilməlidir ki, Türkiyə nümayəndə heyətinin 2015-ci ildə şəhid olmuş İstanbul şəhər Baş Prokurorluğunun prokuroru Mehmet Selim Kirazın valideynləri – Saadet Kiraz və Hakkı Kiraz da gəliblər.
Nümayəndə heyətinin ölkəmizə rəsmi səfəri davam edir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər