10 C
Baku
Thursday, December 12, 2024

İstanbul şəhər Baş prokuroru Füzuli və Şuşada olub

Azərbaycanda səfərdə olan İstanbul şəhər Baş prokuroru Şaban Yılmazın rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 24-də nümayəndə heyəti işğaldan azad edilmiş Füzuli rayonuna səfər edib.

Banker.az bu barədə Baş Prokurorluğa istinadən xəbər verir.

Porkurorluğun məlumatına əsasən, qonaqlar İkinci Qarabağ müharibəsində Qələbəmizin daha bir rəmzi hesab edilən Azərbaycan Ordusunun çətin relyef şəraitində irəlilədiyi Zəfər yolu ilə və “Qarabağın hava qapısı” hesab olunan Füzuli Beynəlxalq Hava Limanı ilə, həmçinin Füzuli şəhərinin təməl daşının qoyulduğu ərazi ilə yaxından tanış olub, həmçinin yol boyu düşmənin viran qoyduğu məkanların, insanlığı dəhşətə gətirən erməni vandalizminin şahidi olub.

Daha sonra nümayəndə heyəti Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinə səfər edib, iki qardaş ölkə üçün mühüm tarixi əhəmiyyətə malik Şuşa Bəyannaməsinin imzalandığı ərazidə olublar. Qonaqlar Cıdır düzünü, Vaqifin məqbərəsini, həmçinin tarixi Qala divarlarını, Yuxarı Gövhərağa məscidini, Azərbaycan vokal sənətinin banisi Bülbülün ev muzeyini ziyarət ediblər.

Baş Prokurorluqdan bildirilir ki, İstanbul şəhər Baş prokuroru Şaban Yılmazın rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə rəsmi səfəri davam edir.

Son xəbərlər
Digər xəbərlər