TL 1 faiz dəyər itirərək 3.5131 səviyyəsinə qədər geriləyib
İstanbulda şənbə günü, 44 adamın həyatını itirməsinə və 150 adamın yaralanmasına səbəb olan terror aktından sonra, türk lirəsi (TL) dollar qarşısında yenidən zəifləyib. Sputnik Bloomberg-ə istinadla xəbər verir ki, TL 1 faiz dəyər itirərək 3.5131 səviyyəsinə qədər geriləyib.
İstanbuldakı terrorda ölənlərin sayı 38-ə çatıb Treyder Stephen Innes “Bloomberg News”a verdiyi açıqlamada deyib ki, Türkiyə lirəsi riskə həssas pul vahididir və siyasi risklərlə reaksiya verir: “İnkişaf edən bazarlar qısa müddətə ABŞ-da faizlərin artırılması ilə bağlı görüşümüzün güclənməsi ilə birlikdə çətinlik çəkməyə davam edəcək”. Bu həftə qlobal bazarlarda ən əhəmiyyətli gündəm FED-in toplantısı olacaq. 13-14 dekabrda keçiriləcək yığıncaqda faiz dərəcələrinin bu il ilk dəfə artırılması gözlənilir. Faiz artımı gözləntiləri dolların güclənməsinə səbəb olacaq.