13 C
Baku
Friday, April 19, 2024

İstanbulda banka silahlı basqın olub, iki nəfər yaralanıb

İstanbulun Pendik rayonunda bankı qarət etmək istəyənlərlə mühafizə xidməti əməkdaşları arasında atışma baş verib.

“Hürriyet” xəbər verir ki, atışma nəticəsində soyğunçular və mühafizə xidmətinin əməkdaşlarından biri yaralanıb.

Məlumata görə, günorta saatlarında biri qadın olmaqla iki nəfər banka basqın edib. Soyğunçular müştərilərdən birini girov götürüb. Bu zaman bankın mühafizə xidmətinin əməkdaşı atəş açaraq qarətçini ayağından vurub. Basqınçının açdığı atəş isə mühafizəçinin qarın boşluğuna dəyib. O, xəstəxanaya yerləşdirilib. Soyğunçular girovu buraxaraq hadisə yerindən qaça bilsələr də, sonradan müalicə olunmaq üçün getdikləri xəstəxanada tutulublar.

Hadisə ilə bağlı araşdırma aparılır.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər