20 C
Baku
Sunday, May 5, 2024

İstanbulda “Taxıl sazişi” ilə bağlı dördtərəfli görüş başlayıb

İstanbulda Türkiyə, Rusiya və Ukrayna müdafiə nazirlərinin müavinləri, həmçinin BMT nümayəndələrinin iştirakı ilə dördtərəfli görüş başlayıb.

Bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Görüşdə “Taxıl sazişi”nin müddətinin uzadılması müzakirə olunur.

Xatırladaq ki, ötən il iyulun 22-də İstanbulda qida və gübrələrin beynəlxalq bazara tədarükü ilə bağlı sənədlər paketi imzalanıb. İlkin olaraq müqavilələr 120 gün müddətinə bağlanıb, ötən ilin noyabrında isə eyni müddətə uzadılıb. Taxıl müqaviləsinin müddəti mayın 18-də başa çatacaq.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər