2 C
Baku
Saturday, December 14, 2024

İstanbulda yeni metro xətti istifadəyə verilib

İstanbulun yeni hava limanını şəhər mərkəzinə bağlayan metro xəttinin növbəti mərhələsi istifadəyə verilib.

Yeni xəttin açılışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da iştirak edib. İstanbulda relsli sistem şəbəkələrinin uzunluğunun 338,5 kilometrə çatdığını deyən Ərdoğan xəttin bütün mühəndislik və dizayn işlərini yerli imkanlarla həyata keçirməkdən qürur duyduqlarını deyib. Bildirilib ki, hazırda şəhərdə ümumi uzunluğu 53 kilometr olan daha dörd metro xəttinin inşası davam edir.

İstanbulda tıxac problemlərinin aradan qaldırılmasının vacibliyindən danışan dövlət başçısı sərnişin nəqliyyatı ilə ortalama 64 dəqiqə davam edən hərəkət müddətini 39 dəqiqəyə endirməyi hədəflədiklərini açıqlayıb.

Qeyd edək ki, ötən il bu metro xəttinin İstanbul hava limanı-Kağıthane hissəsi tamamlanaraq istifadəyə verilib. Hazırda xəttin Kağıthane-Gayrettepe hissəsinin açılması ilə metro həm də bir çox sərnişin nəqliyyatına birləşdirilmiş olacaq. Bununla da həm sakinlərin, həm də turistlərin İstanbul aeroportundan şəhərin müxtəlif bölgələrinə hərəkəti asanlaşacaq.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər