Bu gün iri şirkətlər ən istedadlı adamlarını saxlamaq üçün hər cür imkanlara malik olduqlarına baxmayaraq, onları itirirlər. Yaxın illər ərzində istedadların kəskin çatışmaması ancaq artacaqdır, bu səbəbdən özünün ən yaxşı adamları ilə daha ağıllı idarə etmək qabiliyyətində olanlar udacaqdır.
1. Bürokratiya bezdirir
Bu, iri şirkətlərdən gedənlər arasında adı daha çox hallandırılan səbəblərdən biridir. Bürokratiya haqqında danışarkən, insanlar bir qayda olaraq həvəsdən düşməklərinin əsl səbəblərini gizlədirlər. Qəribə qaydalar heç kimi sevindirmir. Lakin istedadlı adamlar mənasız olanlar haqqında danışırlarsa, ola bilər ki, qaydalar həqiqətən də düzgün deyil. İnsanlar bəlkə də təlimatları özləri yazmış olsa idi, şikayət etməzdilər. Lakin onlara sadəcə siyahı verərək bütün bəndlərə əməl etməyə lazım olduğunu deyiblər. Əgər insanları saxlamaq istəyirsinizsə qaydaların necə əmələ gəlməsini başa salın yaxud onlara dəyişikliklər edin.
2. Gözləri parıldamağa vadar edən layihələrin olmaması
İri şirkətlərin bosslarının və kadr şöbələrinin ən yaxşı əməkdaşları toplamağa və onların carı layihələr ilə razı olduqlarını yaxud yeni nəyinsə üzərində işləmək istədiklərini müzakirə etməyə “vaxtları yoxdur”. Əməkdaşlar üçün isə nəyinsə üzrəində işləmək doğurdan da maraqlıdır və bu şirkətə fayda gətirə bilər. İstedadlı adamlar drayvdan qüvvəni pulun yaxud hakimiyyətin köməyi ilə almırlar, onları dünyanı dəyişən böyük nəyinsə bir hissəsi olmaq imkanı daha çox həvəsləndirir. Onlarla ünsiyyətdə olmağa vaxt tapın.
3. Zəif Annual Performance Reviews
Azərbaycanda heç də hamısı əməkdaşlarından illik “məhsuldarlıq haqqında hesabat” doldurmağı tələb etmirlər. Çox vaxt əməkdaşlar belə hesabatları başdansovdu doldururlar. İstedadlı əməkdaşlarda onların uğurlarının bosa və şirkətə əhəmiyyətsiz olduğu təəssüratı yarana bilər. Əgər mən kifayət qədər istedadlıyamsa, nə üçün belə şirkətdə qalmalıyam, deyə onlar düşünürlər. Burdan da növbəti səbəb ortaya çıxır.
4. Anlaşılmayan karyera perspektivləri
Bəlkə də hər hansı boss üçün bu açıqlama ola bilər, lakin ancaq əməkdaşların 5%-i gələcək yaxın beş ilə olan planlar haqqında suala nə isə anlaşılan bir cavab vermək qabiliyyətindirlər. Halbuki, demək olar bütün əməkdaşlar, xüsusilə də istedadlar öz yaxın gələcəklərini bossla müzakirə etməyə etiraz etməzlər. İldə bir-iki dəfə ancaq işin yekununu deyil, karyeranın da hansı istiqamətdə inkişaf edə biləcəyini müzakirə edin. Əgər sizin adamlarınız sizin onların gələcəyi haqqında nə düşündüyünüzü bilsə, onlar daha səmərəli işləməyə başlayarlar.
5. Qəribə strateji prioritetlər
Şirkətin istedadlı əməkdaşlarının ətrafında nə isə bir inkubator yaxud kərpicləri yeni yeni maraqlı layihələr olduğu rahat ev yaratmasında heç də pis hərəkət yoxdur. İri şirkətlərin çoxunun problemləri öz gücləri ilə strateji prioritetin qurulmasında deyil, bu prioritetlərin illərlə dəyişilməz qalmasında və əməkdaşların buna təsir göstərə bilməmələrindədir. İstedadlar, onların axmaq yerinə qoyulmaqlarını xoşlamırlar. Əgər layihə üzərində nəzarəti saxlaya bilirsinizsə, insanlara öz vədlərini yerinə yetirə bilmələri üçün hərəkətlərinə azadlıq verin.
6. Məsuliyyətsizlik və/və yaxud düzgün işləmək haqqında göstərişlər
Ən yaxşı əməkdaşları axmaq hesab etməyə dəyməz, lakin onları toxunulmaz etmək də səhv olardı. Söhbət onların işinə müdaxilə etmək və öz işlərini necə etməkləri haqqında göstəriş verməkdən getmir. İstedadlar öz layihələrinə cavabdeh olmalıdırlar və başqa həmkarlarının hesabat verməli olduqlarına ümid etmək ixtiyarındadırlar. Ən yaxşı əməkdaşlar sizin sözlərinizdə moizə formasından istifadədən boyun qaçırdığınız halda sizin rəylərinizi, fikirlərinizi və təkliflərinizi qiymətləndirəcəklər.
7. İstedadlar digər istedadlar arasında olmağı sevirlər
Sizin istedadlarınız hansı insanların əhatəsində işləyirlər? İri şirkətlər çoxdan işdən azad olunması lazım gələn əməkdaşları işdə saxlayırlar. “Həmən əmək haqqına əvəz işçi tapmaq çətindir…”, “indi bunun vaxtı deyil…” və bu kimi şəkildə bəhanələr çoxdur. Əgər iri şirkətlərdən gedən istedadlı adamlarla ünsiyyətdə olsanız, bu halda böyük ehtimalla həmkarları tərəfindən nə isə etmək həvəsini öldürdükləri haqqında söhbətlər eşidərsiz. Əgər ən yaxşı adamları saxlamaq istəyirsinizsə onları başqa istedadlarla əhatə edin.
8. Gələcəyi görmə qabiliyyətinin olmaması
Bu mənasız görünə bilər, lakin sizin şirkətin gələcəyi nə qədər cəlbedici görünür? Sizin strategiyanız necədir? Siz istedadlı əməkdaşa hansı gələcəyi yaratmağı tapşırırsız? İstedadlar gələcəyin formalaşmasına cəlb olunublarmı? Əgər cavablar mənfidirsə, deməli sizə nəyi isə yaxşılaşdırmaq lazımdır, həm də siz bunu tez etməlisiz.
9. Şəffaflığın olmaması
İstedadlı əməkdaşlar öz fikirləri ilə bölüşmək istəyirlər və onlar istəyirlər ki, onları eşitsinlər. Lakin çox şirkətlər hal-hazırki strategiyalardan razıdır və başqa fikri olan adamı “komanda oyunçusu olmaması” adı ilə adlandırmaqla hər hansı bir etirazı əsəbi şəkildə qəbul edirlər. Əgər razılaşmayan istedadlar şirkətdən gedirlərsə, siz bir birinə eyni sözləri deyib hər sözü təsdiq edən işçilər dəstəsi ilə qalırsız.. Həmişə yeni təkliflər ifadə edən başqalarının nöqteyi-nəzərini qəbul etməyə öyrənin.
10. Boss kimdir?
Əgər şirkətdən bir rəisin tabeçiliyində olan bir neçə əməkdaş gedirsə, çətin ki bu sadə təsadüf olsun. Hər bir istedadlı mühəndis yaxud satış üzrə menecer yaxşı boss olmur. Təəssüf ki, kouçinq və əlavə təhsil heç də hamıya kömək etmir. Əgər idarəetmə qabiliyyətləri formalaşmayan istedadlı adamları saxlamaq istəyirsinizsə, onlara şirkətdə başqa iş yeri tapın.