15 C
Baku
Monday, May 6, 2024

Istedadlı insanı necə “korlamaq” olar?

Bu yaxınlarda Harvard Business dərgisində ağıllı uşaqların çox tərifləməyin mənfi uzun müddətli nəticələri haqqında məqalə oxudum. Aparılmış təcrübə ilə sizləridə tanış edirik:

 Addım 1. Beşinci siniflərdən ibarət təqribən eyni səviyyəli şagirdlər qrupa sadə bir test etmək həvalə olunur, uşaqlar təqribən eyni yüksək bal toplayır və qiymətlər alır.

•    Uşaqların yarısını belə tərifləyirlər: “Sənin nəticələrin əladır. Sən ağıllı uşaqsan!”
•    Digər yarını isə belə tərifləyirlər: “Sənin nəticələrin əladır. Yəqin ki, sən öz üzərində çox çalışırsan”.

Addım 2. Eyni qrupdan (hər iki hissədən) yenə də, amma bu dəfə daha çətin bir test etməyi xahiş edirlər. Test o qədər çətin olur ki, uşaqlar demək olar ki, heç bir suala düzgün cavab vermək iqtidarında olmur (əsas məqsəd uşaqları stressə məruz qoymaqdır)
Hər iki yarı qrupa deyilir ki, onlar bu dəfə testi qat-qat daha pis ediblər.

Addım 3. Hər iki qrupa yenə asan bir test verirlər.
•    “Sən ağıllısan” kimi təriflənən uşaqların 25%-i təqribən birinci test ilə eyni çətinlik dərəcəsi olan üçüncü testi təqribən 25% daha pis etmişdi.
•    “Sən çalışmışsan” deyə təriflənən qrupun ikinci yarısı isə, birinci test ilə eyni çətinlik dərəcəsi olan üçüncü testi təqribən 25% daha yaxşı etmişdi.

Nəticə, öz uğursuzluğunu kifayət qədər çalışmamaq faktoru ilə əlaqələndirən insanlar stressi daha yaxşı keçirirlər.

Məhz insanları idarə etməyin yolları tədris olunan biznes məktəblərində də bunu öyrədirlər: heç vaxt uğursuzluq baş verərsə, əməkdaşa onun kifayət qədər səriştəli olmadığını deməyin. Ona həmişə sadəcə lazımmı qədər çalışmadığını söyləyin. Ümumilikdə isə yuxarıda aparılmış təcrübə bunu tamamı ilə sübut edir.

Böyük insanlarda neqativ fəsadlar:
•    Belə bir məşhur fenomen var ki, insan nə qədər çox bilirsə, o öz bir o qədər əminsiz olur. Deməyə ehtiyac vardırmı ki, səthi insanlar belə fikirlərlə özünə əziyyət vermir?
•    Maraqsız və təkrarlanan tapşırıqlara qarşı antipatiya. Hər şeyə rəğmən, hətta inkişaf etmiş ölkələrdə də işlərin 90%-i təkrarlanandı və heç də kənardan göründüyü qədər maraqlı deyil. Müəssisədə isə işin neçə faizinin rutin olduğunu deməyə isə düzünə qalsa qorxuram.
•    İstedadlılardan böyümüş uşaqlar, daha tez təslim olurlar, nəinki zəhmətsevərlərdən böyümüşlər.

Əgər sizi artıq korlayıblarsa, heç olmasa siz öz uşaqlarınızı korlamayın. Mənim oğlum, elə bir neçə aydan sonra beşinci sinfi qurtarır, buna görə də mən onun müvəffəqiyyətlərinin rəğbətləndirilməsinə olan yanaşmamı yenidən nəzərdən keçirmək fikrindəyəm.

Son xəbərlər
 ⁠
Digər xəbərlər