Azərbaycanla Serbiya birlikdə qaz istehsal müəssisəsi istifadəyə verəcək

“Azərbaycanla Serbiya birlikdə Niş şəhərində qaz istehsal müəssisəsi istifadəyə verəcək”.

Bu fikirləri Serbiya Prezidenti Aleksandar Vuçiç WUF13 çərçivəsində keçirilən Liderlər Sammitində deyib.

O bildirib ki, Azərbaycan qazı Serbiya üçün önəmlidir:

“Biz alternativ enerji mənbələrindən də istifadə edirik və istehsalı artırmaq niyyətindəyik. Amma Azərbaycan qazı da bizim üçün vacibdir. Qeyd edim ki, azərbaycanlı dostlarımızla Niş şəhərində qaz istehsal müəssisəsini istifadəyə vermək üçün fəaliyyətimizi davam etdiririk. Serbiya üçün Azərbaycan qazından asılılıq həlledici xarakter daşıyır”.

MənbəOXU.AZ
Son xəbərlər
Digər xəbərlər