1 noyabr tarixində Azərbaycanda kredit qoyuluşunda bütün sahələr üzrə artım müşahidə olunub. Lakin nəqliyyat və rabitə sahəsi üzrə 13.5 mln manat azalma müşahidə olunub.
Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, istehlak kreditləri bir ay ərzində 130.4 mln manat, ilin əvvəlindən isə 1 076.5 mln manat yəni 17% artaraq 7 383,8 mln manata çatıb.
Digər sahələr üzrə kredit qoyuluşları isə, ticarət və xidmət sektoru üzrə 2 540,7 mln manat, energetika, kimya və təbii ehtiyatlar sektoru üzrə 220,6 mln manat, kənd təsərrüfatı və emalı üzrə 817,7 mln manat, inşaat və əmlak 2 461,6 mln manat, sənaye və istehsal sektoru 2 078,3 mln manat, nəqliyyat və rabitə üzrə 569,1 mln manat təşkil edib.