Maliyyə Bazarlarına Nəzarət Palatası Azərbaycanda kredit təşkilatlarında verilən istehlak kreditlətinin faiz dərəcələrini açıqlayıb.
Banker.az-ın xəbərinə görə, ölkədə kredit kartları ilə verilən istehlak kreditlərinin illik orta faiz dərəcəsi 23% (ABŞ dollarında 11%), məişət avadanlıqlarının alınması ilə bağlı olan kreditlər 23% (11% dollarla) və avtomobil kreditləri 20% ( 19% dollarla) təşkil edib.