-1 C
Baku
Sunday, December 15, 2024

İstehlak kreditləşməsi son bir ildə 3% artıb

Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatlarında kredit qoyuluşlarının həcmi 2018-ci ilin dekabrın 1-nə 12 564,2 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankın göstəricilərinə istinadən, bu göstərici 2017-ci ilin eyni dövrü ilə müqayisədə 338,0 mln. manat və ya 2,77% çoxdur.

Kredit qoyuluşlarının sahələr üzrə tərkibində ən iri həcm yenə də ev təsərrüfatlarının payına düşür. Dekabrın 1-nə ev təsərrüfatlarına verilən kreditlərin həcmi 5 297,8 mln. manat təşkil edib ki, bu göstəricinin ümumi kredit qoyuluşlarında çəkisi 42,2%-ə bərabərdir. Ev təsərrüfatlarına verilən kreditlərin həcmi son bir ildə 625,6 mln. manat və ya 13,39% artıb, noyabrda isə 191,2 mln. manat və ya 3,7% artıb.

Qeyd edək ki, həcm və pay üzrə istehlak kreditlərindən sonra ümumi kredit qoyuluşlarında ən yüksək çəki ilə – 16,6%-lik payla “Ticarət və xidmət”, 14,7%-lik payla daşınmaz əmlak, 10,9%-lik payla nəqliyyat və rabitə, 5,5%-lik payla sənaye və istehsal, 3,1%-lik payla “İnşaat və əmlak”, 3,7%-lik payla kənd təsərrüfatı və emal, 2,2%-lik payla energetika, kimya və təbii ehtiyatlar sahələrini qeyd etmək olar.

Son xəbərlər
Digər xəbərlər