10 C
Baku
Wednesday, December 11, 2024

İstifadə müddəti bitmiş konservləşdirilmiş məhsulların satışının qarşısı alındı

Nəzarət tədbirləri çərçivəsində Agentlik əməkdaşları tərəfindən Bakı şəhəri, Sabunçu  rayonu, Bakıxanov qəsəbəsi, Şamil Kamilov 16E ünvanında fəaliyyət göstərən, fiziki şəxs Məmmədov Zaur Rasim oğluna məxsus konservləşdirilmiş mürəbbə və turşuların saxlanma anbarında (maşın qarajı) aparılmış yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların tələblərinin pozulduğu aşkar edilib.

Banker.az bu barədə AQTA-ya istinadən xəbər verir.

Baxış zamanı anbarın qida təhlükəsizliyi qeydiyyatından keçmədiyi məlum olub. Anbarda saxlanılan “Nuşican” əmtəə nişanlı, mənşəyi və istehsal tarixi məlum olmayan hər biri 3 litrlik qablaşdırmada olan 523 ədəd mürəbbə, qarajın zirzəmi hissəsində saxlanılan hər biri 3 litrlik qablaşdırmada olan 2835 ədəd turşudan  müayinələrin aparılması məqsədilə nümunələr götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) müvafiq laboratoriyasına təqdim edilib.

Müayinələrin nəticələrinə əsasən istehlak üçün yararsız hesab edilən, mənşəyi və istehsal tarixi məlum olmayan məhsullar  “EkoSum” MMC-nin tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

Son xəbərlər
Digər xəbərlər