Vəzifə: İnformasiya Texnologiyaları İdarəsi – İstifadəçilərin texniki dəstəyi üzrə əməkdaş
İş qrafiki: 09:00 – 18:00 / Bazar ertəsi – Cümə
Şəhər: Bakı
NAMİZƏDƏ DAİR TƏLƏBLƏR:
• Ali təhsil (texniki təhsil arzu olunandır);
• Azərbaycan (mükəmməl), Rus və İngilis (yüksək texniki) dilləri bilikləri;
• İT sahəsində 2 ildən artıq iş təcrübəsi. Bank sahəsində iş təcrübəsi arzu olunandır;
• Windows client və server əməliyyat sistemləri, VMWare;
• MS Office və digər tətbiqi proqramların qurulması, sazlanması, problemlərin həlli;
• İT avadanlıqları üzrə biliklər;
• Müstəqil və komandada istifadəçilərin günbə-gün texniki dəstəyi, problemlərin axtarışı və həll edilməsi bacarıqları;
• Yeni biliklərin öyrənilməsi və tətbiqi bacarığı;
• Diqqətlilik və yüksək məsuliyyət;
• Komandada işləmək bacarığı;
• Ən azı B kateqoriya sürücülük vəsiqəsi.
İŞİN TƏSVİRİ:
• Noutbuk, masaüstü kompüterlər, printerlər və digər avadanlıqlar (o cümlədən şəbəkə avadanlıqları) və proqram təminatlarının quraşdırılması, sazlanması və problemlərin aşkar olunaraq aradan qaldırılmasını təmin etmək;
• Qeyri-standart proqram təminatlarının quraşdırlması zamanı mütəxəssislərə dəstək göstərmək;
• Əsas və kənar ofislərinə yerində və uzaqdan İT dəstək göstərmək;
• Kompüter şəbəkələrində yaranmış nasazlıqların aradan qaldırılması, proqram təminatı və avadanlıqların monitorinqi;
• Daxil olmuş istifadəçi sorğularının müvafiq qaydada qeyd edilərək vaxtında və düzgün həll edilməsini təmin etmək.
QEYD: Tələblərə uyğun olmayan və mail-da “Mövzu” qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan “CV” – lərə baxılmayacaq. CV – lər azərbaycan dilində, “Xalq” Bankın CV formasını doldurmaqla göndərilməlidir.
Əlaqə vasitələri:
E – mail: [email protected]
Telefon: (012) 404 43 39
Faks: (012) 404 43 34