Yanvarın 1-də İsveç mandatı 2023-cü il iyunun sonuna qədər davam edəcək Avropa İttifaqı (Aİ) Şurası sədrinin hüquqlarını üzərinə götürüb.
“İsveç İkinci Dünya Müharibəsindən sonra ən ciddi təhlükəsizlik böhranı zamanı Avropa İttifaqı Şurasına sədrlik edir. Aİ-nin üzləşdiyi problemlər əvvəlkindən daha ciddi ola bilər. Bu, qətiyyət tələb edir”, – İsveçin Baş naziri Ulf Kristersson ölkəsinin quruma sədrliyə başlaması münasibətilə çıxışında deyib.
Onun sözlərinə görə, “hazırda Aİ vətəndaşlarının təhlükəsizliyinin təmin edilməsi, Ukraynaya dəstəyin gücləndirilməsi və iqlim keçidinin təminatı ən mühüm vəzifələrdir”.
“İsveçin sədrliyi dövründə biz, həmçinin qazıntısız yanacaqdan azad iqtisadiyyata və aydın rəqabətlilik gündəliyinə keçiddə güclü Avropa liderliyini qoruyub saxlamağa üstünlük verəcəyik”, – İsveç hökumətinin başçısı deyib.
“Təhlükəsizlik, rəqabətqabiliyyətlilik, yaşıl və enerjiyə keçid, demokratik dəyərlər və qanunun aliliyi” – İsveç Aİ Şurasına sədrlik proqramında prioritetləri belə müəyyənləşdirib.
“Aİ və üzv dövlətlər Ukraynaya görünməmiş dəstək verib və daim onun yanında olacaqlar. Güclü transatlantik əlaqə də daxil olmaqla etibarlı tərəfdaşlarla davamlı əməkdaşlıq təmin edilməlidir. İsveç sədrliyi gələcək iqtisadi və hərbi sahələrə üstünlük verəcək”, – təhlükəsizliyə həsr edilmiş bölmədə deyilir.
Sənəddə həmçinin əvvəlki müdafiə təşəbbüslərinin həyata keçirilməsində və transsərhəd mütəşəkkil cinayətkarlıqla mübarizədə çətinliklərə işarə edilir.