İsveç nağd pul istifadəsinin tamamilə dayandıran dünyada ilk ölkə ola bilər. Kağız pulları milli valyutanın rəqəmsal analoqu əvəz edəcək.
Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.
İsveçin maliyyə bazarları və istehlakçı hüquqları naziri Per Bolund, nağd pul istifadəsinin tamamilə dayandırılması sahəsində genişmiqyaslı araşdırmaya başladığını bildirib. ”Bloomberg”in qeyd etdiyi kimi, araşdırmanın 2022-ci ilin noyabrına qədər tamamlanması planlaşdırılır.
“Bunun bütün maliyyə sistemi üçün böyük təsirləri ola bilər”, – deyən Bolund valyutanın təhlükəsizliyi və əlçatanlığının prioritet olması lazım olduğunu söyləyib.
Qeyd edək ki, İsveç nağd puldan tamamilə imtina etmək barəsində düşünən ilk ölkələrdən biridir. Yerli Mərkəzi Bank artıq blokçeyn texnologiyasına əsaslanan elektron kronanı sınaqdan keçirir. Bu layihə “Accenture Plc” şirkəti ilə bilikdə başladılıb.
“Riksbank”ın verdiyi məlumata görə, 2020-ci ilin oktyabrında İsveçdə nağd pul istifadəsi ən aşağı səviyyəyə düşüb – bütün ödənişlərin cəmi 10%-i kağız pulların payına düşüb. Eyni zamanda, ölkədə dövriyyədə olan nağd pul ÜDM-in yalnız 1 faizini təşkil edir.
Xatırladaq ki, iyul ayının sonunda “PayPal” ödəmə sistemi koronavirus pandemiyası səbəbindən “nağd pulun ölümü”nü elan etmişdilər. İş adamları insanların infeksiya qorxusu ilə əsginas istifadə etmək istəmədiklərini düşünürlər.