12 C
Baku
Saturday, November 23, 2024

İsveç NATO-ya daxil olmayacaq

Hazırda İsveçin NATO-ya daxil olmaq planı yoxdur.

Bu barədə İsveçin Baş naziri Maqdalena Andersson bildirib.

O, NATO-ya qoşulma ideyasının İsveç tərəfindən bəyənilmədiyini söyləyib.

“İsveç (Şimali Atlantika Alyansına-red) müraciət etmək qərarına gəlsə, bu, Avropanın bu hissəsində vəziyyəti daha da sabitsizləşdirəcək və gərginliyi artıracaq”, – Andersson deyib.

Baş nazir əlavə edib ki, İsveç Ukraynadakı vəziyyəti “təhdid” kimi qiymətləndirir və buna görə də Kiyevə silah göndərmək qərarına gəlib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər