26 C
Baku
Friday, April 19, 2024

İsveç NATO-ya üzv olmaqdan imtina etdi

İsveç hökumətinin başçısının dövlət katibi Karin Vallensten ölkənin NATO-ya daxil olmaqla bağlı mövqeyinin Ukrayna ətrafında vəziyyətin gərginləşməsi fonunda dəyişməz qalır.

Banker.az xəbər verir ki, “Təhlükəsizlik siyasətimiz dəyişməzdir – biz yaxşı, güclü NATO tərəfdaşı olmaq istəyirik, lakin təşkilata qoşulmaq planımız yoxdur”, – deyə Karin söyləyib.

Bundan əvvəl NATO-nun baş katibi Yens Stoltenberq Şimali Atlantika Alyansının İsveç və Finlandiya ilə əməkdaşlığı gücləndirmək niyyətlərini açıqlamışdı. Onun sözlərinə görə, hərbi blok yeni ölkələri öz sıralarına qəbul etməyə hazırdır, lakin Stokholm və Helsinki yekun qərarı təkbaşına qəbul etməlidir.

Son xəbərlər
Digər xəbərlər