İsveç şahzadəsi Sofiya Stokholmun “Sofiahemmet” xəstəxanasında işləməyə qərar verib.
Bu barədə “Daily Mail” bildirib.
Qeyd edilir ki, o, koronavirusa mübarizəyə kömək üçün bu addımı atıb.
Şahzadənin birinci “işçi” kimi şəkilləri sosial şəbəkədə yayılıb. O, fotoda xüsusi cərrah paltarındadır və gülümsəyir.
Qeyd edilir ki, Sofiya əvvəlcə bununla bağlı üçgünlük kurs keçib. Belə əlavə tibb personal pandemiya nəticəsində həkimlərin yükünün azalmasına kömək edir.
©Report