12 C
Baku
Monday, November 18, 2024

İsveç və Serbiya uçot faiz dərəcəsini qaldırıblar

İsveç və Serbiya uçot faiz dərəcəsini bir qədər də artırıb.

Bu barədə Banker.az hər iki ölkənin mərkəzi banklarının açıqlamasına istinad edir.

Məlumata görə, İsveç Mərkəzi Bankı (Riksbank) uçot faiz dərəcəsini gözlənildiyi kimi 50 baza bəndi artırmaqla 2.50%-dən 3.00%-ə qaldırıb. Bu da son 15 ilin maksimal göstəricisidir. Hətta ölkə 2014-cü ildən iqtisadiyyatı syimullaşdırmaq üçün neqativ bençmark – 0.5 faiz dərəcəsindən istifadə edib.

Serbiyada isə vəziyyət daha da çətindir. Ölkənin ətrafındakı enerji böhranı iqtisadiyyatı bir neçə risklərlə üz-üzə qoyub. Serbiya Milli Bankı uçot faiz dərəcəsini gözlənildiyi kimi 5.25%-dən 5.50%-ə qaldırıb.

Son xəbərlər
Digər xəbərlər