15 C
Baku
Friday, May 3, 2024

İsveçdə açılan yeni məktəbdə – bilik əsas deyil

Stokholmda olduqca maraqlı konsepsiyaya malik yeni bir məktəb açılıb. Burada sinif otaqları bir-birindən divarlarla ayrılmır və uşaqlar istədikləri kimi yerdəyişmə edə bilər. Belə bir məktəbdə İsveçdə ilk dəfədir ki, açılır və onun əsas məqsədi biliklərin tədrisi deyil, uşaqlarda azadlıq və əməkdaşlığın tərbiyə edilməsidir. 

Prussiya məktəbi dünyada ən tanınmışlar sırasında yer alır. O, artıq 200 ildir ki, dünyanın qabaqcıl məktəbi hesab olunur. Bu tədris sistemi, sənaye inkişafı olan və hərbi xidmətə çağırış həyata keçirilən ölkələr üçün ideal hesab oluna bilər. Təəccüblü deyil ki, Prussiya tədris sistemi keçmiş SSRİ dövlətlərində, Almaniyada və Yaponiyada – yaxın keçmişə qədər ən çox hərbiləşmiş və sənaye cəhətdən inkişaf etmiş ölkələrdə güclü kök salıb.

Skandinaviya məktəbi isə (İsveç, Danimarka, Finlandiya və Norveç) artıq bir neçə on illikdir ki, tədrisə postindustrial tərəfdən yanaşır. Lakin buna rəğmən İsveç mühəndis beyinləri səviyyəsində nəinki heç nə itirməyib, həm də eyni zamanda onun üzərinə inkişaf etmiş xidmət iqtisadiyyatı da əlavə olunub. Belə ki, böhranlı 2008-09 illəri Skandinaviya ölkələri üçün daha az fəsadla ötüşüb. Burada cinayətkarlıq ən aşağı, sosial standartlar isə ən yüksək səviyyədədir.

Belə bir təhsil sistemin təməli rolunda gender yanaşması çıxış edir, bu, uşaqlara cinsindən asılı olmayaraq bərabər imkanlara malik olmaları fikrini aşılayır. Bundan əlavə ingilis dilinin erkən yaşlarda tədrisinə başlanması 45 yaşda olan əhalinin 90%-nin ingilis dilində sərbəst danışması ilə nəticələnib; informasiya texnologiyalarına çıxış; sosial təhlükəsizliyin və kommunikasiyanın tədrisi; azadlıq və demokratiya prinsipləri – İsveç məktəbinin digər təməl sütunlarıdır.

“Açıq məkan” adı altında fəaliyyət göstərən Stokholm məktəbi məntiqi olaraq, 1990-cı illərdə başlamış təhsil islahatını davam etdirdi. Ənənəvi sinif otaqları açıq məkanlar ilə əvəz edildi, indi isə məktəblilərin bir-biri ilə əməkdaşlığa və birgə fəaliyyətə girməsi təbliğ olunur. Məktəbdə parlaq rəngli mebellər quraşdırılıb, onlar təhsil, əmək və landşaft zonalarına, laboratoriya, kitabxana və kinoteatrlara bölünüb. Uşaqlar 5-7 nəfərlik, böyük olmayan qruplarda müəyyən fənlər üzrə ixtisaslaşmış şəkildə oxuyurlar. Hər bir şagirdin tədris prosesinin əsası qismində çıxış edən noutbuku vardır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər