14 C
Baku
Sunday, November 24, 2024

İsveçi 2023-cü ildə iqtisadi tənəzzül gözləyir

2023-cü ildə İsveç iqtisadiyyatında tənəzzül gözlənilir.

Bu barədə son iqtisadi proqnozunu təqdim edən İsveçin maliyyə naziri Elizabet Svantesson bildirib.

Onun sözlərinə görə, İsveç iqtisadiyyatını kifayət qədər çətin qış gözləyir. Svantesson mətbuat konfransında deyib: “Vəziyyətin hələ də nə qədər soyuq və tutqun olacağını bilmirik”.

Hökumət nümayəndələrinin hesablamalarına əsasən, gələn il ölkə ÜDM-in 0,4 faiz azalaraq tənəzzülə girəcək. İqtisadi proqnozda gələn il üçün inflyasiyanın 5,9 faiz səviyyəsində olacağı da gözlənilir.

Bu səbəbdən Krallığın maliyyə naziri İsveçin fiskal siyasətinin həm yüksək inflyasiyanın azaldılması zərurəti, həm də iqtisadi tənəzzül dövrünün aradan qaldırılması baxımından yaxşı balanslaşdırılmış olmasını vacib sayır.

Qeyd edək ki, bu ilin iyun ayında İsveç son 30 ilin ən yüksək aylıq inflyasiyasını yaşayıb və illik inflyasiya göstəriciləri rekord həddə – 10 faizə yaxınlaşıb.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər