3 C
Baku
Saturday, March 2, 2024

İsveçrə bankı Rusiyanın Cenevrədəki nümayəndəliyinin hesabını bağlayıb

İsveçrə bankı Rusiyanın BMT-nin Cenevrədəki şöbəsi yanında nümayəndəliyinin şəxsi hesabını bağlayıb.

Bu barədə Rusiyanın Cenevrədəki nümayəndəliyindən bildirilib.

Qeyd edilib ki, İsveçrədə bir sıra banklar və avtomobil sığortası şirkətləri daimi nümayəndəliklə müqavilə bağlamadan imtina edib, habelə Rusiyanın rəsmi şəxslərinə peşə vəzifələrinin icrası üçün viza almaq çətinləşib.

Məlumata görə, Rusiyanın diplomatik missiyası İsveçrə hökumətinin bu kimi məsələlərə yenidən baxacağını ümidvar olduğunu bildirib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər