5 C
Baku
Çərşənbə axşamı, Yanvar 18, 2022

İsveçrə iqtisadiyyatını 1973-cü ildən bəri ən ağır durğunluq dövrü gözləyir

Koronovirus pandemiyası ilə əlaqədar İsveçrə iqtisadiyyatını 1973-cü il neft böhranından bəri ən ağır durğunluq dövrü gözləyir.

İqtisadiyyat üzrə Dövlət Katibliyinin verdiyi məlumata görə, hazırda ölkədəki 187 min şirkətin ümumilikdə 1,91 milyon əməkdaşı qısamüddətli iş rejiminə keçib.

Dövlət katibi Mari-Qabrielle İnayen-Flayş indiyədək dövlət tərəfindən müəssisələrə yardım üçün ayrılan kreditlərin həcminin 14,6 milyard İsveçrə frankına çatdığını da ifadə edib. Lakin bununla belə, bu ölkədə ümumdaxili məhsulun 6,7 faiz aşağı düşəcəyi də ehtimal olunur. İqtisadçının sözlərinə görə, il ərzində ölkə iqtisadiyyatında 25 faiz geriləmə qaçılmaz ola bilər.

Həmçinin qeyd edilib ki, böhran həm idxal, həm də ixrac sektorunu çətin vəziyyətə salıb. Ona görə də, ölkədə iqtisadi həyatın tədricən canlandırılması, xüsusilə də mayın 11-dən etibarən ikinci mərhələyə start verilməsi ilə ölkədə iqtisadi göstəricilərin sabitləşəcəyinə ümid edilir.

Mənbə:Azərtac
Son xəbərlər
Oxşar xəbərlər