Bu ilin I rübündə İsveçrənin ən böyük bankı “UBS”in xalis mənfəəti ötən ilin eyni dövrü ilə müqayisədə 40% artaraq 1,6 milyard ABŞ dollara çatıb.
Bankın hesabat dövrü üçün proqnozu 1,5 milyard ABŞ dolları idi.
Qeyd edək ki, I rübdə “UBS”in əməliyyat mənfəəti, kredit itkisi və əməliyyat xərcləri artmasına baxmayaraq 10% yüksəlib. Bundan başqa, eyni dövrdə bankın vergidən əvvəlki mənfəəti 30% artaraq 2 milyard ABŞ dolları olub.
©Report