İsveçrənin UBS bankı treyderləri genişlənmiş reallıq rejiminə keçirəcək.
Banker.az xəbər verir ki, bu barədə “Financial Times” məlumat verib.
Ölkənin ən böyük kredit təşkilatının belə bir qərar verməkdə əsas məqsədi, koronavirus pandemiyası səbəbindən distant çalışan əməkdaşları adi iş şəraitinə qaytarmaqdır.
Bankın əməliyyat direktoru Beatris Martinin sözlərinə görə, təşkilat “Microsoft”un HoloLense dəbilqəsi kimi virtual reallıq alətlərindən istifadə edərək, təcrübələr aparmağa davam edəcək.
Alternativ olaraq UBS həmkarlarının evlərində kamera görüntülərini yayımlayan əlavə monitorların quraşdırılması imkanını nəzərdən keçirir. Bank rəhbərliyinə görə, bu variant onlar arasındakı qarşılıqlı əlaqəni asanlaşdıracaq.