26 C
Baku
Tuesday, April 30, 2024

İsveçrə banklarının amerikalılarla bağlı “qərəzi”

Financial Times-ın verdiyi məlumata görə İsveçrədə bir neçə bank amerikalıların öz vətənlərində vergiləri qanun çərçivəsində ödədiklərini sübut etmədikləri müddətcə onların hesablarını dondurmaq ilə hədələyib. 

 Nəşrin verdiyi məlumata görə, ABŞ-ın xüsusi proqramında iştirak edən İsveçrə bankları iyul ayının sonuna qədər amerikalı müştərilər barədə məlumatları təqdim etməli, 2015-ci ilin sentyabr ayına qədər isə amerikalıların hesablarını özlərinin, yaxud bankın təzyiqi ilə elan etdiklərini göstərməlidirlər. Əgər bəyan edilməmiş hesab olarsa bank cərimə olunacaq.

 Bununla yanaşı, söhbətin qəti olaraq hansı bankdan getdiyi bildirilmir. Lakin Amerikanın bu proqramında İsveçrənin 100-dən çox maliyyə institutunun iştirak etdiyi qeyd olunur. Ümumilikdə isə ölkənin bank sektoru özündə 300-dən çox bankı birləşdirir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər