10 C
Baku
Thursday, December 12, 2024

İsveçrə Mərkəzi bankı kəpənək təsvirli yeni banknot təqdim etdi

Banker.az saytının verdiyi məlumata görə, İsveçrə Mərkəzi bankı 20 frank nominalında yeni banknotun dizaynını nəşr edib. Yeni banknot 17 may tarixində dövriyyəyə buraxılacaq. Tənzimləyicinin vitse-prezidenti Friç Zurbruegg-in sözlərinə görə, yeni banknot dünyanın ən təhlükəsiz banknotudur.

Yeni banknot qırmızı rəngdə olmaqla, pambıq kağızdan hazırlanıb. Banknotun dizaynı İsveçrənin dinamik mədəniyyətini və incəsənətə meyilliliyini əks etdirir. Əl, Yer Kürəsi və kəpənəklər ölkənin mədəni ruhunu əks etdirən əsas motivlər kimi çıxış edir.

Buna da bax: 1 funt sterlinq nominallı qəpik dövriyyəyə buraxıldı

Banknot 15 qoruyucu əlamətə sahibdir. Bu yeni banknot seriyası əvvəlki seriyalarda olduğu kimi rəng sxemini qoruyub saxlasa da, yeni 20 franklar ölçü baxımından daha kiçik və saxtalaşdırılmaya qarşı daha yüksək dərəcədə qorunan olacaq.

Yeni banknotlar növbəti bir neçə il ərzində mərhələli şəkildə buraxılacaq. 10 frank nominalında növbəti banknot 18 oktyabr 2017-ci ildə buraxılacaq. 50 frank nominalında olan yeni banknot isə keçən ilin 12 aprel tarixindən başlayaraq dövriyyədə iştirak edir və “2016-cı ilin banknotu” mükafatına layiq görülüb.

Son xəbərlər
Digər xəbərlər