8 C
Baku
Sunday, November 17, 2024

İsveçrə Milli Bankı faiz dərəcəsini qaldırıb

İsveçrə Milli Bankı (SNB) uçot faiz dərəcəsini iqtisadçılar tərəfindən proqnoz edildiyi kimi 25 baza (0.25 faiz) bəndi qaldırıb.

Banker.az bu barədə Milli Bankın faiz dərəcəsinə dair açıqladığı press-relizə istinad edir. Beləliklə, bundan sonra uçot faiz dərəcəsi 1.75% olacaq.

Milli Bank faiz artımını ortamüddətli dövrdə yenidən artan inflyasiya təzyiqinə qarşısını alma məqsədi ilə artırdığını bazara açıqlayır.

Ortamüddətli perspektivdə qiymət sabitliyini təmin etmək üçün SNB-nin “zəruri olacağı” təqdirdə uçot  faiz dərəcəsində yenidən artıracağı istisna edilmir.

Bildirilir ki, müvafiq pul şərtlərini təmin etmək üçün SNB də zəruri hallarda valyuta bazarında fəal (intervensiya da ola bilər) olmağa hazır ola bilər. İndiki şəraitdə diqqət xarici valyutanın satışına yönəlib.

SNB 2022-ci ilin martına qədər mənfi faiz siyasəti həyata keçirirdi. Məsələn, 2023-cü ilin martına qədər uçot faiz dərəcəsi -0.75% təşkil edirdi. Həmin aydan sonra -0.25%-ə və 2022-ci ilin iyunundan sonra isə +0.50%-ə qaldırılmışdı.

Ölkədə may ayında illik inflyasiya 2.4%-dən 2.2%-ə qədər azalıb. Milli Bank 2025-ci ilə qədər inflyasiya təziyiqlərinin olacağını proqnoz edir.

Hazırda USD/CHF cütlüyünün məzənnəsi 0.8929 frank səviyyəsindədir.

Son xəbərlər
Digər xəbərlər