İsveçrə Milli Bankı (SNB) bu ilin sonlarında deflyasiya zonasına düşməsi ilə əsas faiz dərəcəsini mənfi səviyyəyə endirməli olacaq.
Banker.az xəbər verir ki, bu fikri “Pantheon Macroeconomics” şirkətindən olan Melani Debono tərəfindən irəli sürülür.
Debononun qeydində bildirilir ki, iyun ayında İsveçrədə inflyasiya 0.1%-ə qalxaraq gözləniləndən yüksək nəticə göstərib və bu da yaxın aylara dair gözləntiləri artırır. Lakin onun proqnozuna görə, inflyasiya noyabr ayından başlayaraq gələn ilin aprel ayına qədər yenidən mənfi zona – sıfırın altına düşəcək. Bu da sentyabrda faiz dərəcəsinin mənfi 0.25%-ə endirilməsi ehtimalını gündəmə gətirir.
Bazar iştirakçıları bu il mənfi faiz dərəcələrinin mümkünlüyünü proqnozlaşdırır, lakin bu addımın dəqiq vaxtı ilə bağlı fikir ayrılığı mövcuddur.
“Düşünürük ki, SNB mənfi faizlərlə uzun müddət barışmalı olmayacaq və yaxın zamanda dərəcəni yenidən artırmağa başlayacaq. Biz 2026-cı ilin dekabrı üçün faiz artımını proqnoza daxil etmişik.” – deyə, Debono əlavə edir.