10 C
Baku
Wednesday, December 11, 2024

İsveçrə NATO təlimləri üçün Almaniyaya 50 hərbi və 4 döyüş təyyarəsi göndərəcək

İsveçrə 50 hərbçini və 4 “F/A-18” qırıcısını iyunun 3-dən 13-dək Almaniyanın Şlezviq şəhərində keçiriləcək NATO-nun “Tiger Meet” təlimlərində iştirak etmələri üçün göndərəcək.

Pilotlar hava hücumundan müdafiə sahəsində biliklərini dərinləşdirəcək və birgə əməliyyatların aparılması təcrübəsini artıracaqlar.

“İsveçrə Hərbi Hava Qüvvələrinin pilotları transmilli hava hücumundan müdafiə sahəsində bilik və bacarıqlarını dərinləşdirmək üçün 4 “F/A-18” qırıcısı ilə Almaniyaya yollanacaqlar. Onlar taktiki hərəkətlər edəcək, həmçinin birgə hava müharibəsi əməliyyatlarını planlaşdıracaqlar”, – İsveçrə hökuməti qeyd edib.

Məlumata görə, təlimdə İsveçrənin 50 hərbçisi iştirak edəcək. Ümumilikdə 10 ölkədən 1,5 minə yaxın hərbi qulluqçu, 50-dən çox döyüş təyyarəsi və 10 helikopter cəlb olunacaq. İsveçrədən başqa, bunlar Almaniya, Yunanıstan, İtaliya, Niderland, Polşa, ABŞ, Türkiyə, Fransa və Çexiyadır.

İsveçrə 2004-cü ildən NATO-nun “Sülh Naminə Tərəfdaşlıq” proqramı çərçivəsində “Tiger Meet” təlimlərində iştirak edir.

Son xəbərlər
Digər xəbərlər