Azərbaycanda İsveçrənin “Sika” şirkətinə məxsus quru inşaat qatışıqları müəssisəsi açılıb.
Sumqayıt Kimya Sənayesi Parkında yerləşən zavodun məhsulları Rusiya, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Gürcüstan və İrana ixrac olunacaq. Banker.az bu barədə Reporta istinad edir.
60 iş yeri olan müəssisəyə ilkin olaraq 3,5 mln. ABŞ dolları məbləğində investisiya yatırılıb. İlk mərhələdə zavodun illik istehsalat gücü 40 min ton olacaq. Məhsullar arasında sement və polimer üzlük maddələri, sürtmə qatışıqları, sement lövhələr üçün yapışqanlar və s. var.