8 C
Baku
Tuesday, March 19, 2024

İsveçrə və Braziliya arasında vergi sazişi imzalanıb

Sazişə əsasən, iki ölkə arasında vergilərə dair informasiyaların mübadiləsinə 2020-ci il yanvarın 1-dən başlanacaq. İsveçrə hökuməti tərəfindən verilmiş açıqlamada bildirilib ki, saziş bu il yanvar ayının 4-də imzalanıb.

Bu, İsveçrə hökumətinin imzaladığı eynitipli 10-cu sazişdir – bundan əvvəl doqquz dövlətlə oxşar saziş imzalanıb. Saziş 1 yanvar 2020-ci ildən sonrakı illərə şamil olunacaq. Hazırda İsveçrə parlamenti Braziliya hökuməti ilə ikiqat vergitutmanın aradan qaldırılması ilə bağlı daha bir sazişi müzakirə edir. Qeyd olunan sazişlə bağlı aparılan danışıqlar bu il başa çatdırılsa, sənədin gələn ildən qüvvəyə minəcəyi gözlənilir.

MənbəVergilər
Son xəbərlər
Digər xəbərlər