İsveçrədən Azərbaycan iqtisadiyyatına cəlb olunan birbaşa xarici investisiyaların həcmi 2026-cı ilin ilk yarısında illik müqayisədə kəskin azalaraq 43,4 milyon dollar təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 226,6 milyon dollar olmuşdu.
Banker.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, İsveçrənin Azərbaycanın ümumi birbaşa xarici investisiyalarındakı payı 7%-dən 1,2%-ə enib. Azalma əsasən ötən ilin yüksək bazası ilə bağlıdır.
Bununla belə, İsveçrə uzun illər Azərbaycanın əsas iqtisadi tərəfdaşlarından biri olub. 2025-ci ildə İsveçrədən Azərbaycana birbaşa investisiyalar 326,4 milyon dollar təşkil edib və ölkə Azərbaycanın əsas investorlarından biri olub.







