Türkiyənin texnologiya şirkəti Azərbaycanda filial açdı

Türkiyənin “Novatel Haberleşme” şirkəti Azərbaycanda filial açdı.

Banker.az xəbər verir ki, Türkiyənin “Novatel Haberleşme Çözümleri Anonim Şirkəti” Azərbaycanda rəsmi filialını təsis edib.

Yeni qurumun hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Səməd Vurğun küçəsi, ev 43 olaraq göstərilib. Şirkətin Azərbaycandakı filialının qanuni təmsilçisi vəzifəsinə isə Osmanlı Ceyhun Elməddin oğlu təyin edilib.

Xatırladaq ki, Türkiyənin rabitə texnologiyaları şirkəti “Novatel Haberleşme” radio və simsiz rabitə sistemləri, fövqəladə hallar üçün kommunikasiya həlləri, dispetçer sistemləri və mobil rabitə avadanlıqları təqdim edir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər