Migros supermarketlər şəbəkəsi iyun ayında 40 yeni mağaza açıb.
Banker.az bu barədə türkiyə Mediasına istinadən xəbər verir.
Belə ki, 30 iyun 2021-ci il tarixinə şirkətin ölkədəki ümumi mağaza sayı 2 405-ə çatıb.
Qeyd edək ki, Migros İsveçrənin ən böyük pərakəndə şirkəti, ən böyük supermarket şəbəkəsi, həm də dünyanın ən böyük qırx pərakəndə şirkətindən biridir.