Bloomberg-in verdiyi məlumata görə, İsveçrənin bəzi bankları institusional borcanalara mənfi faiz dərəcəsi ilə kredit verməyə başlayıblar. Xüsusilə, söhbət “Zuger Kantonalbank” və “Grisons cantonal bank” (GKB) banklarından gedir.
Banker.az xəbər verir ki, “Bəzi hallarda biz institusional müştərilərə sıfır və ya mənfi dərəcəli kreditlər veririk”, – “Zuger Kantonalbank” ın rəhbəri bildirib. Bu şərtlər əsasən qısamüddətli kreditlər üçün nəzərdə tutulmuşdu.
Sürix, Cenevrə və Bern şəhərlərində faiz dərəcəsi sıfırdan yuxarıdır, agentlik xəbər verir.
Qeyd edildiyi kimi, İsveçrənin Milli Bankı faiz dərəcəsini – 0,75% səviyyəsində müəyyənləşdirib. Mənfi faiz dərəcəsi təcrübəsi Danimarka, İsveç və Yaponiyada da var.
Hal-hazırda İsveçrə frankının qiyməti yüksək, inflyasiyanın səviyyəsi isə aşağıdır.
Danimarka mənfi faiz dərəcəsini ilk dəfə 2012-ci ildə tətbiq etmişdir. “Realkredit Danmark” ın verdiyi məlumata görə, ötən ildə mənfi faiz dərəcəsi ilə ipoteka götürmüş şəxslərin sayı 758 nəfər olub.







