Dünən İsveçrənin Tiçino kantonunun Böyük Şurası vətəndaşların dövlət xidmətlərinin ödənişi üçün bitkoin istifadəsinə icazə verən pilot layihəni təsdiq edib.
Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.
Verilən məlumata görə, bu qərarı vermək asan olmamışdır. Belə ki, kantonun parlamenti iki hissəyə bölünüb: 36 nəfər əleyhinə, 48 nəfər ise lehinə səs verib ki, bu da İsveçrədə kriptovalyutaların yayılmasını dəstəkləməyən azlıq qüvvələrinin olduğunu göstərir.
Bu pilot layihə sayəsində kantonun idarəetmə xidmətlərindən istifadə edən vətəndaşlar kredit kartlarından əlavə olaraq bitkoin ilə ödəniş seçə biləcəklər. Bildirildiyi kimi, vergilərin və ya yol vergisinin ödənişi istisna ediləcəkdir.
Qeyd edək ki, İsveçrədə bitkoin ilə ödəniş qəbul edən digər kantonlar da var. Məsələn, Tsuk kantonu və Kyasso munisipaliteti.
Kanton hökuməti bitkoinləri İsveçrə banklarında saxlamağa hazır olmadığından, ödəniş zamanı əldə olunan kriptovalyuta avtomatik olaraq yerli valyutaya konvertasiya olunacaq.
Xatırladaq ki, İsveçrədə Tiçino kantonu bitkoin ilə ödəniş etməyə icazə verən sayca ikinci inzibati ərazidir. Bu ideya hələ 2017-ci ildə irəli sürülməsinə baxmayaraq, İsveçrə zamanla ayaqlaşa bildiyini sübut edib.