Təxminən 4,7 trilyon dollar həcmində aktivləri idarə edən UBS bankı özəl bankçılıq üzrə müştərilərin bir hissəsi üçün kriptovalyuta əməliyyatlarına çıxış açmağı planlaşdırır. Bu barədə “Bloomberg” yazır.
Bank artıq bir neçə aydır xidmətin formatını müzakirə edir və tərəfdaşlar axtarır. İlk mərhələdə UBS İsveçrədəki müştərilərə BTC və ETH alqı-satqısına icazə verə, daha sonra isə servisin Asiya–Sakit okean regionu və ABŞ-yə genişləndirilməsini nəzərdən keçirə bilər.
“Bloomberg”in məlumatına görə, bank əvvəllər kriptovalyutalara ehtiyatlı yanaşsa da, hazırda rəqiblərin təzyiqinin artması və varlı müştərilər arasında rəqəmsal aktivlərə marağın yüksəlməsi fonunda mövqeyini yumşaldır.






