İsveçrədə 8 milyondan bir az çox insan yaşayır. Bununla yanaşı onların əlində 3 milyon ədəddən çox odlu silah var. Ölkənin sakinləri, orduda xidmətdən sonra , ehtiyyat silahla qayıdırlar. Daha sonra onları dəfələrnən hərbi yığıncaqlara cağırırlar. Hər bir kişidə silahın olamsına baxmayaraq, onunla cinayətlər çox nadir hallarda baş verir.
Yüksək sürətə görə yol hərəkət qaydalarını pozan sürücünün gəlirindən aslı olaraq ona cərimənin məbləği təyin edilir. Buna görədə imkanlı şəxslər üçün bu cərimə yüz çin isveçrə frankına qədər arta bilər.
Bu günə kimidə, bir isveçrə bankında Vladimir Ulyanov adına hesab var. 2006-cı ildə bankın əməkdaşı tərəfindən tələb edilməmiş məbləğlərin siyahıya alınması aparılıb. Məlum oldu ki, dünya inqilabının liderinin burada hələdə 13 isveçrə frankı saxlanılır.
Cenevrədə hökümət binasının qarşısında ki, şabalıd ağacının ilk yarpağı açan kimi yazın gəlişi barədə hökm verilir. Bu ənənəyə 200 ildən artıqdı ki riyayyət olunur.
«Qapıçı » və «isveçrəli» sözləri arasında hər hansı əlaqə varmı?
Məlum olur ki birbaşa əlaqə var. Hələ Orta əsrlər vaxtından nüfuzlu insanlar, öz ətraflarında cəsurluqlarıyla bütün Avropada məşurlaşan, iveçrəli döyüşçüləri yığırdılar. Çox güman ki, restoranlarda, otellərdə və digər müəssisələrdə sakitçilik yaradan insanları zarafatça belə adlandırırmışlar. Rusyada uzun müddət İsveçrə əhalisini qapıçı adlandırırdılar. Lkin 20-ci əsrin əvvəllərində, mühafizəçi ilə səhv salmamaq üçün onları isveçrəlilər adlandırmağa qərar verdilər. İsveçrəli uşaqlar artıq 4 yaşlarından məktəbə getməyə başlayırlar. Ölkənin bütün məktəbliləri üçün həftədə 3 dəfə istirahət günü təyin edilib- çərşənbə, şənbə və bazar.
1451-ci ildə İsveçrədə zəlilərə qarşı məhkəmə keçirilmışdir. Lozannanın Episkopu bildirmişdi ki, yerli gölməçələrdə onlardan həddindən artıq çoxdur və zəliləri, təmiz suyun çirklənməsində günahlandırırdı. Zəlilərə, yerli məhkəməyə gəlmələri üçün çağırış göndərildi. İcra məmurları gölə gedib bir neçə «cinayətkarı» tutmalı idilər. Onları məhkəmə zalına çatdırıb, cəzanı oxudular: yaxın üç gün ərzində gölü tərk edin. Bu hökm icra olundu ya yox- məlum deyil. Kiçik Çermant şəhərciyi ən ekoloji təmiz şəhərlərdən biri sayılır. İş ondadır ki, Çermantda havanı çirkləndirən bütün nəqliyyat növü qadağandır. Şəhərdə yalnız elektromobillə və karteglə hərəkət etmək olar.
İsveçrədə böyük sayda ağ göbələk yetişir. Amma yerli sakinlər onların zəhərli olduğunu düşünərək yığmırlar və yeməkdə də istifadə etmirlər.
25 dekabr 1977-ci ildə İsveçrənin Veve şəhərində leqendar akter Çarli Çaplin vəfat edib. O yerli qəbristanlıqların birində dəfn edilmişdi, amma bir neçə il sonra onun tabutu cəsədi ilə birlikdə oğurlanmışdı. Məlum olub ki, oğrular dünya kinosunun ulduzunun qohumlarından böyük fidya almaq niyyətində olublar. Oğruları həbs etdilər, Çaplini isə 1 metr 80 santimetr qalınlğı olan beton altında basdırdılar ki, gələcəkdə də eyni vəziyyət baş verməsin.