İtaliya İspaniyadan yeni qaz kəmərinin tikintisi imkanlarını nəzərdən keçirir.
Elə bir layihə artıq ən yüksək səviyyədə, hər iki ölkənin baş nazirləri Mario Draqi və Pedro Sançes arasında müzakirə olunur.
Qeyd olunur ki, İspaniya Avropada mayeləşdirilmiş təbii qazın (LNG) reqazifikasiyası (yenidən qaz formasına çevrilməsi – red.) üzrə ən böyük gücə malikdir, lakin onun sonra Fransaya və digər ölkələrə nəqli mövcud qaz kəmərlərinin ötürmə güclərinin yetərli olmadığından məhduddur.
Qazının təxminən 40%-ni Rusiyadan alan Avropa Rusiya-Ukrayna münaqişəsi səbəbindən alternativ tədarük mənbələri axtarmağa başlayıb.
Mario Draqinin sözlərinə görə, İtaliya Rusiya qazının 30-40%-ni dərhal əvəz edə biləcək, lakin qalan həcmlər ilə çətinliklər var.