10 C
Baku
Wednesday, December 11, 2024

İtaliya rus oliqarxlarının 140 mln. avroluq aktivlərini müsadirə edir

İtaliyanın xarici işlər naziri Luici Di Mayo rus oliqarxlarının 140 avro dəyərində aktivlərinin müsadirə edilməsi proseduruna başladığını elan edib.

Banker.az xəbər verir ki, hökumət bunun “Severtali”nin sahibi Aleksey Mordaşpvun 65 milyon dəyərində yaxtasına, eləcə də “Volqa” qrupunun sahibi Gennadi Timçenkonun yaxtasına şamil olunduğunu açıqlayıb.

“İtaliya rus oliqarxlarının təxminən 140 milyon avroya əmlakını ələ keçirmək üçün əməliyyatlara başlayıb. Onlar Putinin çevrəsindəki insanlardır, hansılar ki sanksiyalardan çox əziyyət çəkirlər, çünki bu, Rusiyanın hücumunun qarşısını almağın yeganə yoludur”, – mesajda bildirilib.

Avropa İttifaqı fevralın sonunda sanksiyalar siyahısını yeniləyib. Bir sıra rusiyalı iş adamları, dövlət şirkətlərinin top-menecerləri və iqtisadi blokun məmurları bu siyahıya daxil olublar. Sanksiyalar Rusiyanın Ukraynada prezident Vladimir Putinin göstərişi ilə fevralın 24-dən davam edən hərbi əməliyyatına cavab olaraq tətbiq edilib.

Son xəbərlər
Digər xəbərlər