16 C
Baku
Monday, October 14, 2024

İtaliya Ukraynaya yeni hərbi yardım göndərəcək

İtaliya parlamentinin yuxarı palatası olan Senat 2023-cü ildə Ukraynaya silah göndərilməsi ilə bağlı hökumətin qərarını təsdiqləyib.

Bu barədə yerli “Ansa” agentliyi məlumat yayıb.

Bildirilir ki, 125 senator bu təşəbbüsü dəstəkləyib, 28-i əleyhinə çıxıb, 2-si isə bitərəf qalıb.

Bundan sonra qərar Deputatlar Palatasında səsə qoyulacaq, sonda isə imzalanması üçün İtaliya Prezidentinə göndəriləcək.

Məlumata görə, müxalif 5 Ulduz Hərəkatı partiyasının nümayəndələri hərbi yardımın göndərilməsinə qarşı çıxıb.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər