18 C
Baku
Saturday, May 4, 2024

İtaliyada iki məşhur turistik bölgə ziyarətçilər üçün yeni qadağalar tətbiq etdi – FOTO

Dünyanın turistlər arasında ən məşhur ölkələrindən olan İtaliya həddindən artıq ziyarətçi axınının qarşısını almaq üçün yeni qadağalar tətbiq etməyə davam edir.

Alp dağları ərazisində yerləşən Alto-Adige bölgəsində turistlərin sayına məhdudiyyətlər qoyulmağa başlayıb, balıqçı şəhəri olan Portofino isə məşhur yerlərdə şəkil çəkmək üçün uzun müddət dayanan turistlərə cərimələr tətbiq edir.

Xüsusilə İtaliyanın şimalındakı məşhur Alto Adige (və ya Cənubi Tirol) muxtar bölgəsi orada gecələyən turistlərin sayını məhdudlaşdırmaq qərarına gəlib.

“İlin müəyyən vaxtlarında və müəyyən ərazilərdə turistlərin sayı həddən artıq çoxalmağa başlayıb. Bizim resurslarımız tükənmək üzrədir, nəqliyyatda problemlərimiz yaranıb, sakinlərə ev tapmaq çətinləşib… Turizm sektoru iş yerləri və iqtisadiyyat baxımından bizim üçün çox önəmlidir, lakin biz son həddə çatmışıq. Ona görə də insan axınının və turistlərin yerləşdirilməsinin daha yaxşı idarə olunmasını təmin etmək üçün bu kimi tədbirlər görmək məcburiyyətində qaldıq. Turistlər buraya gəzmək və gözəl yerləri görmək üçün gəlir, tıxacda qalmaq üçün yox”, – deyə yerli hakimiyyət orqanları açıqlama veriblər.

Bundan əlavə, gündəlik səfərlərə də məhdudiyyətlər tətbiq edilib. Əsas turistik yerlər, o cümlədən Laqo de Brayes buzlaq gölünü ziyarət etmək üçün əvvəlcədən bron etmək tələb olunur.

Genuya əyalətindəki Portofino balıqçı qəsəbəsində də məşhur yerlərdə “boş-boş gəzən” və ya şəkil çəkdirmək üçün çox uzun müddət ayaq saxlayan turistlərə 275 avro məbləğində cərimə tətbiq etmək qərarına gəliblər. Belə yerlər indi qırmızı zonalar və ya “gözləmənin qadağan olduğu” zonalar kimi qeyd olunacaq.

 

Son xəbərlər
 ⁠
Digər xəbərlər