7 C
Baku
Thursday, December 12, 2024

İtaliyada koronavirusa görə məktəb və universitetlər bağlandı

İtaliyada koronavirusla əlaqədar ölkədə bütün məktəb və universitetlərdə tətil elan edilib.

“Bloomberg” xəbər verir ki, tətil martın ortasınadək davam edəcək.

Qeyd edək ki, İtaliyada indiyədək 2 502 nəfərdə koronavirus aşkarlanıb. Onlardan 79-u ölüb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda epidemiya 81 ölkə və regionu əhatə edir.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 94 244-ə çatıb. Bunların 51 193 nəfəri sağalıb, 3 220 nəfəri isə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub.

©Report

Son xəbərlər
Digər xəbərlər