15 C
Baku
Saturday, April 20, 2024

İtaliyada təhsil

İtaliyada təhsil almaq – yalnızca möhtəşəm gözəl ölkəni görmək şansı deyil, həm də sivilizasiyanın beşiyi olan bir məkan ilə yaxından tanış olmaqdır. Ölkə xüsusəndə incəsənət, musiqi, rəssamlıq, dizayn ilə maraqlanan tələbələri daha çox cəlb edir.

İtaliyada təhsil universitetlərin növlərinə görə çox fərqlidir. İtaliyada ali təhsil iki hissədən ibarətdir: universitet və qeyri-universitet sahəsi.

İtaliya universitetlərində Baloniya sistemi çərçivəsində yeni proqramlar və sistemlər tətbiq olundu. Köhnə sistemlər müəyyən müddət ərzində istifadə olunsalar da, tədricən yeniləri ilə əvəz edilir. İtaliyada təhsil almağı seçən tələbələr əsasən bu sahələrə diqqət ayırır: sağlamlıq, humanitar elmlər (xüsusən incəsənət, mədəni irs, müasir dilllər və mədəniyyət), sosial elmlər və texnologiyalar. Bir çox digər istiqamətlər üçün isə təhsili digər ixtisaslaşmış institut və məktəblərdə (dəb, dizayn və s.) davam etmək mümkündür.

Əcnəbi tələbələr lazımı şərtlərə cavab verdikləri və italyan dilini yaxşı bildikləri halda bu ölkədə təhsil ala bilərlər.

İtaliyada dil məktəbləri italyan dilinin öyrənilməsi proqramı ilə yanaşı, dizayn və incəsənət üzrə xüsusi kurslar da təklif edirlər. Biznes üçün italyan dilini öyrənmək istəyənlər sırf iqtisadiyat və hüquq leksikası ilə zəngin dil kursunu sifariş edə bilərlər.

Son xəbərlər
Digər xəbərlər