26 C
Baku
Saturday, July 27, 2024

İtaliyada yeni LNG terminalı inşa olunacaq

İtaliyanın “Sorgenia” və “Iren” şirkətləri yeni mayeləşdirilmiş təbii qaz (LNG) terminalı inşa edəcəklər.

Ölkənin cənubundakı Gioia Tauro limanında inşası nəzərdə tutulan terminalın illik emal gücü 12 milyard kubmetr olacaq.

“Sorgenia”nın baş icraçı direktoru Gianfilippo Marcini deyib ki, LNG terminalının tikintisi 4 il ərzində tamamlanacaq.

İtaliyanın ekoloji transformasiya naziri Roberto Cinqolani ölkəsinin qarşıdakı 24-30 ay ərzində Rusiya təbii qazının idxalından asılılığa son verməyi hədəflədiyini bildirib.

Qeyd edək ki, hazırda İtaliyanın təbii qaz idxalının təxminən 40 faizi Rusiyanın payına düşür. Yeni terminal sayəsində Rusiya qazının idxalının yarıya qədər azalacağı gözlənilir.

MənbəAzərtac
Son xəbərlər
Digər xəbərlər