-1 C
Baku
Sunday, December 15, 2024

İtaliyalı deputatdan işğalçıların Qarabağdan çıxarılması ilə bağlı çağırış

“İtaliya Azərbaycanın ərazi bütövlüyünü birmənalı olaraq dəstəkləyir”.

Bunu  Avropa bürosuna açıqlamasında İtaliya Senatının (parlament) Xarici əlaqələr daimi komissiyasının sədri, senator Vito Petroçelli bildirib.

O təəssüfünü bildirib ki, uzun illərdir bu münaqişənin həlli ləngiyir, XXI əsrdə sivil insanların həyatı, eləcədə region üçün potensial təhlükə mənbəyinə çevrilib:

“Bununla bağlı beynlxalq hüququn tələbləri var və hələ də yerin yetirilmir. Mən, atşkəs rejiminə, beynəlxalq hüququ və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən, eləcə də  Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərdən erməni qoşunlarının çıxarılmasını tələb edən BMT-nin 1993-cü ildə qəbul etdiyi dörd qətnaməsinə hörmət edilməsinə çağırıram. Beynəlxalq ictimaiyyət vəziyyətin yeni bir müharibə ocağına çevrilməməsi üçün ən qısa zamanda müdaxilə etməlidir və məsələnin həlli danışıqlar masasına qaytarılmalıdır”, – deyə, o əlavə edib.

MənbəReport.az
Son xəbərlər
Digər xəbərlər