Vergilər Nazirliyi “Amec Foster Wheeler Italiana” şirkətinin nümayəndəliyini qeydiyyata alıb. Bu barədə Banker.az-a nazirlikdən məlumat verilib.
Məlumata görə, Baknın Xətai rayonunda yerləşən “Amec Foster Wheeler Italiana” MMC 18 dekabr 2018-ci il tarixndə qeydiyyatdan keçib.
Şirkətin rəsmi nümayəndəsi İtaliya vətəndaşı Saqramoso Pyerfrançeskodur.
“Amec Foster Wheeler plc” – Böyük Britaniyanın çox millətli konsaltinq, injinirinq və layihə şirkətidir. Mənzil-qərargahı Londonda yerləşir. 2014-cu ildə İsveçrənin “Foster Wheeler” mühəndis konqlomeratı və Britaniyanın “Amec” konsaltinq şirkətinin birləşməsi yolu ilə yaradılıb. Şirkət dünyanın 55 ölkəsində fəaliyyət göstərir.
Azərbaycanda “Amec Foster Wheeler” “SOCAR Foster Wheeler Engineering” MMC ilə alyansda Heydər Əliyev adına Neft Emalı Zavodunda yenidənqurma və modernizasiya layihəsinin FEED (İlkin detallı layihələndirilmə) mərhələsinin həyata keçirilməsinə cəlb olunub.