19 C
Baku
Thursday, May 2, 2024

İtaliyanın dövlət borcu fevralda rekord həddə çatıb

Fevralda İtaliyanın dövlət borcunun həcmi daha 21,6 milyard avro artaraq yeni tarixi maksimuma – 2,772 trilyona çatıb.

Bu barədə ölkənin Mərkəzi Bankı məlumat yayıb.

“2022-ci ildə İtaliyada cari qiymətlərlə 1,909 trilyon avro dəyərində məhsul və xidmətlər istehsal edilib. Beləliklə, borcun ÜDM-ə nisbəti 145% təşkil edir ki, bu da ölkənin inkişaf perspektivlərinə və iqtisadi siyasətinə ciddi təzyiq göstərir”, – nəşr yazıb.

İtaliya İstehlakçıları Milli Birliyinin prezidenti Massimiliano Dona bildirib ki, hazırkı dövlət borcunu bütün italyanlar üzrə bölsək, hər bir vətəndaşın 46 960 avro borcu olacaq.

Qeyd edək ki, bundan əvvəlki mənfi rekord 2022-ci ilin iyununda, İtaliya Mərkəzi Bankının məlumatına görə, suveren borcun ilk dəfə 2,77 trilyon avronu ötdüyü vaxtda qeydə alınmışdı.

Son xəbərlər
 ⁠
Digər xəbərlər